Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Hazırda oxunan: Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

633227

Ali məktəbə qəbul imtahanlarında xeyli abituriyent istədiyi nəticəni əldə edə bilməyib.

Mütəxəssislər də deyirlər ki, universitetə qəbul olmamaq həyatın sonu kimi qiymətləndirilməməlidir.

Bizim.Media bildirir ki, psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlının Baku TV-yə sözlərinə görə, 11 illik orta təhsili başa vuran hər bir şəxsin mütləq ali məktəbə qəbul olması ilə bağlı cəmiyyətdə formalaşan yanaşma dəyişməlidir.

Çünki ali təhsil insanın gələcək həyatını müəyyən edən yeganə amil deyil:

"Bir neçə onillik əvvəl ali məktəbə qəbul olunanlar orta məktəbi bitirənlərin təxminən 30 faizini təşkil edirdi. Digərləri öz səviyyəsinə uyğun kolleclərə, peşə məktəblərinə gedirdilər".
 

O qeyd edib ki, ali məktəbə qəbul olmaq əslində yeni bir başlanğıcdır və tələbənin qarşısında daha böyük məsuliyyətlər yaradır: seçilən ixtisas üzrə peşəkar olmaq, həmin sahədə iş tapmaq və gələcək həyatını qurmaq gənclərin qarşısında duran əsas məsələlərdəndir.


"Qəbul olunmayanlar qarşılarına konkret məqsəd qoymalıdırlar. Özlərinə "bundan sonra mən həyatda nə etməliyəm" sualını verməlidirlər. Qəbul olunmamaq faciə deyil, qəbul olunmaq da hər şeyin həlli deyil", - deyə L.Əmrahlı sözlərinə əlavə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO