“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD

Hazırda oxunan: “Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” -Xalq artistindən İRAD
633197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“O vaxt qadınlar müğənni olmağa utanırdılar. İndiki efirlər onlara yol açıb, ağuşuna aldı. Ona görə də hamı da müğənni olmaq istəyir. O vaxt sənətkar az idi, barmaqla göstərirdilər. İndi xanım sənətçilər hamısı bir-birinə oxşayır. Burun, dodaq eynidir. Bilmirsən bu hansıdır, o hansıdır? Sənətkarın özünəməxsusluğu olmalıdır da. Bunlar simalarını dəyişiblər”.

Bizim.Media xəbər verir ki, bunu “moderator.az”a açıqlamasında Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev deyib.

O daha sonra əlavə edib:

“O vaxtı da ara oxuyanları olub. Onlar utanıblar ki, xanəndələrin yanında efirə çıxsınlar. Sonrakı dövrlərdə də bayağılıq olub. Yadımdadır ki, Filarmoniya bağında musiqiçilər yığışardılar, həvəskar, özfəaliyyət oxuyanları bir tərəfdə oturardılar. Peşəkar musiqiçilərə, müğənnilərə qarışmazdılar. Utanardılar bu tərəfə gəlməyə. Hörmət, izzət var idi. Radioda xüsusi senuzra var idi. Elə bayağı müğənnilər var idi ki, təhsilləri də yox idi. Əsas təhsil götürülürdü. Düzdür, əvvəlki xanəndələrin təhsilləri olmayıb, amma sənətləri çox üstün olub. Bədii şura var idi. Biz onları heç sənətkar saymırdıq. Sonradan artıq xalqın sevimlisinə çevrildilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO