Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Hazırda oxunan: Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

633195

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin minimuma endirilməsi məqsədilə yeni normativ hüquqi aktlar təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq Kollegiya qərarları ilə təsdiq olunan bu yeni qaydalar ölkədə heyvandarlıq, yemçilik və qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti mexanizmlərini daha da gücləndirəcək.

“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Kollegiya qərarı yem istehsalı, emalı və daşınması zamanı koksidiostat və ya histomonostatların yaratdığı qaçılmaz çarpaz çirklənmə risklərinin qarşısının alınmasına xidmət edir. Bu çərçivədə yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan maddələrin heyvan mənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair normativ hədlər tənzimlənib.
 

Digər qərarla isə “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilib. Dəyişiklik edilmiş sanitariya normaları heyvanların müalicəsi və profilaktikasında istifadə olunan farmakoloji aktiv maddələrin, o cümlədən antibiotiklərin qida zəncirində yarada biləcəyi risklərin qarşısının alınması ilə bağlı tələblərin təkmilləşdirilməsini nəzərdə tutur.


Bu qərarla ət, süd, yumurta və bal kimi heyvan mənşəli qida məhsullarında insan sağlamlığı üçün təhlükə yarada biləcək farmakoloji aktiv maddə qalıqlarının yol verilən maksimum hədlərinə dair təkmilləşdirilmiş tələblər müəyyənləşdirilir.

Sözügedən qərarlarla təsdiq edilmiş sanitariya norma və qaydaları 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Hazırlanan sənədlərlə //shorturl.at/WVODW və //shorturl.at/8WZtc linklərinə keçid edərək tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO