Xəzər dənizinin şimalında suyun çəkilməsi nəticəsində yeni ada yaranıb

Xəzər dənizinin şimalında suyun çəkilməsi nəticəsində yeni ada yaranıb

Hazırda oxunan: Xəzər dənizinin şimalında suyun çəkilməsi nəticəsində yeni ada yaranıb
633166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizində suyun səviyyəsinin çəkilməsi fonunda yeni ada meydana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "Caspian Holiday" şirkətinin təsisçisi Yerbolat Muxaşov "Lada.kz" nəşrinə açıqlamasında bildirib.
 

Yerbolat Muxaşov Xəzər dənizinin şimal hissəsində, xüsusən Xəzər suitilərinin məskunlaşdığı adalar qrupunda (Kulalı, Morskoy, Svyatoy, Podqornıy, Uşaral, Mayakşıqqan, Dolqiy) son 4-5 ildə suyun səviyyəsinin düşməsi ilə əlaqədar yeni adaların üzə çıxdığını qeyd edib.


"Yeni meydana gələn adalardan biri 'Rıbaçiy' adlanır və Svyatoy adasından şərqdə yerləşir. Bu ada Svyatoy adasından təxminən 500 metr şərqdə, Bautino kəndindən isə təxminən 30 kilometr məsafədədir", – deyə o bildirib.

Yerbolat Muxaşov vurğulayıb ki, bu adaların əsas sakinləri canavarlardır. Burada həmçinin vəhşi qabanlara və porsuqlara da rast gəlinir. Sahil sularında və adalarda müxtəlif balıq və quş növləri yaşayır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO