Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Hazırda oxunan: Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

633233

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.

Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO