“Dağ boyda insanı itirdik”.
Bu sözləri mərhum televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni Cavanşir Məmmədov deyib.
C.Məmmədov Oqtay Əliyev kimi dəyərli şəxsin yerinin dolmayacağını bildirib:
“Xalqımızın başı sağ olsun. Elə adamların yeri dolmur. İki ay əvvəl bir yerdə idik. Xəstəliyi olmayıb”.
Cavanşir Məmmədov sənətdən xəbəri olmayanlara görə, hər kəsin ürək xəstəliyindən əziyyət çəkdiyini əlavə edib:
“Biz hamımız ürək xəstəsiyik. Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki. Özlərini apara bilmirlər. Heyif Oqtay kimi dəyərli sənət adamından. Çox yardımsevər idi. Ruhu şad olsun”. /Oxu.az/







































































































