"Ən populyar artist" seçildi -xa02 rekord birdən

Hazırda oxunan: "Ən populyar artist" seçildi -xa02 rekord birdən

614992

"The Weeknd" təxəllüslü kanadalı müğənni Abel Makkonen Tesfayen dünyanın "Ən populyar artist" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

33 yaşlı ifaçının "Spotify" platformasında aylıq 100 milyon dinləyiciyə çatan ilk musiqiçi olub. Onun rekordu ayda 111,4 milyon nəfərdir. Bununla da o, eyni anda iki dəfə rekord qıraraq adını kitaba yazdırıb.

Martın əvvəlində məlum olub ki, "The Weeknd" hit sayına görə "Billboard Hot 100 chart"də mərhum müğənni Maykl Ceksonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, bu, “The Weeknd”in "Ginnesin Rekordlar Kitabı"na düşməsi ilk dəfə deyil. O, 2016-cı ildə "Spotify"də ən populyar alboma görə də bu adı qazanıb.(axşam.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO