Günay

Günay "Kurtlar vadisi"nin Abdulheyi ilə seriala çəkilib - VİDEO

Hazırda oxunan: Günay "Kurtlar vadisi"nin Abdulheyi ilə seriala çəkilib - VİDEO

53232
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva özünü aktrisa kimi də sınayıb.

Cazibədar xanım daha bir seriala dəvət alıb. O, “Bəyaz qərənfil” adlı serialda rol alıb. Sözügedən filmdə baş rollardan birini daha çox "Kurtlar Vadisi Pusu”dan ayrılan Abdulhey”“Kenan Çoban canlandırıb.

Filmə çəkilən məşhurların sırasında məşhur türk müğənnisi Sərdar Ortaçın model həyat yoldaşı Çloe Loghan da var. Bu barədə sosial şəbəkə vasitəsi ilə xəbər paylaşan Günay Musayeva serialın çəkilişlərini8n bitdiyini vurğulayıb. Bundan əlavə olaraq yaxın günlərdə Türkiyənin ATV kanalında yayımlanacğını deyib.

Xatırladaq ki, azərbaycanlı model türk aktyoru Tolqa Karel ilə ailəlidir, cütlüyün Cahangir adlı övladı var.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO