İranın Xudafərinlə bağlı bəyanatına CAVAB:

İranın Xudafərinlə bağlı bəyanatına CAVAB: "Dövlət sərhədinə heç bir aidiyyatı yoxdur"

Hazırda oxunan: İranın Xudafərinlə bağlı bəyanatına CAVAB: "Dövlət sərhədinə heç bir aidiyyatı yoxdur"
95483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva “Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir şərhiniz varmı?” sualına cavabında deyib.

“Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO