"Son günlərdə Türkiyədə baş verən proseslərdə və vəziyyətin böhran həddinə gəlməsində, xarici təhdidlərin artmasında ölkə siyasətşilərin aldığı qərarlar özünü göstərdi."
Bunu Moderator.az -a açıqlamasında Fazil Mustafa son günlərdə Türkiyədə baş verən terror hadisələri, siyasi durumun gərginləşməsi ilə bağlı vəziyyətə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, siyastəçilərin ölkədə yaranmış vəziyyətlə bağlı məsuliyyəti üzərinə götürməməsi və fərqli mövqe sərgiləməsi vəziyyəti bundan sonra daha da mürəkkəbləşdirəcək. “Əgər tez bir zamanda siyasilər vəziyyətdən çıxış yolunu tapmaq üçün bir raya gəlməzlərsə, o zaman böhran daha da dərinləşəcək. Ancaq Türkiyə böyük dövlətdir və ümid edək ki, bu vəziyyətdən çıxacaqlar.Nəzərə alsaq ki, ölkə daxilindəki böhranla yanaşı, İŞİD və PKK kimi terrorçu təşkilatlardan ölkəyə ciddi təhdidlər var və vəziyyət belə davam edərsə onlara qarşı mübarizə xeyli çətinlik yaradacaq, bu səbəbdən bir an hökumət formalaşmalıdır. Formalaşan hökumət isə ölkənin üzləşdiyi problemlərdən çıxmaq üçün təcili ciddi addımlar atmalıdır”x9d, - deyə millət vəkili vurğuladı.
F. Mustafa onu da əlavə etdi ki, indiki məqamda isə ümidverici bir şey yoxdur.”x9dÇünki siyasətçilərin ölkədəki bir sıra məsələlərlə bağlı yanaşma tərzlərində ciddi fərqlər olduğundan vəziyyət bu həddə gəlib çatıb. Əgər vəziyyət belə davam edərsə və siyasilər kompromiss variant tapıb ölkənin üzləşdiyi durumdan çıxarmasalar vəziyyət daha da dərinləşəcək”x9d, - deyə o qeyd etdi.
Erkən seçki məsələsinə toxunan F. Mustafa hesab edir ki, bu mümkündür və istisna deyil: “ Ancaq bu vaxt itkisidir və erkən seçki heç nəyi dəyişməyəcək. Əksinə erkən seçki vəziyyəti böhran həddinə gətirib çıxara bilər. Çünki seçkinin nəticələrində elə bir ciddi dəyişikliyi gözləməyə dəyməz. Mövcud tablo demək olar ki qalacaq. Ona görə də partiyalar vaxt itirmədən bir araya gəlib hökuməti formalaşdırmalı və ölkənin müdafiəsi istiqamətində təcili qərarlar qəbul edilməlidir.”x9d





































































































