ICESCO-nun Baş katibi Fəxri Xiyabanı ziyarət etdi

ICESCO-nun Baş katibi Fəxri Xiyabanı ziyarət etdi

Hazırda oxunan: ICESCO-nun Baş katibi Fəxri Xiyabanı ziyarət etdi

8348

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Bizim.Media-ya Mədəniyyət Nazirliyindən verilən məlumata görə,yanvarın 13-də İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn İCESCO-nun Baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Qonaqları İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə müşayiət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO