Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Hazırda oxunan: Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO
632711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var.

Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.
 

Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.


Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış “Quran”ın əlyazma nüsxələri və özbək dilinə tərcümələri təqdim olunur.

Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.



Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 1
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 2
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 3
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 4
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 5
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 6
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 7
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 8
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 9
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO - foto 10


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO