Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Bizim.Media xəbər verir ki, Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi kökləri, cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mühüm mesajlar verib.
“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”, - deyə İlham Əliyev qeyd edib.
Bundan əlavə, Prezident iki ölkə arasında siyasi, iqtisadi mədəni əlaqələrin inkişafından da söz açıb.
İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində verdiyi mesajlarla bağlı hazırlanmış infoqrafikaları təqdim edirik:
























Bizim.Media
































































































