Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

Hazırda oxunan: Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

624274

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakıda imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO