Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

Hazırda oxunan: Minskdə hərbi informasiya sahəsində Azərbaycan-Belarus görüşü keçirilib - FOTO

612969

Minsk şəhərində Azərbaycan Respublikası və Belarus Respublikasının Müdafiə nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 

Görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışıb.


Tərəflər, həmçinin strateji kommunikasiyalar sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Xatın” memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV", eləcə də bir sıra mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO