BBMM: Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir

BBMM: Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir

Hazırda oxunan: BBMM: Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir

611753

Belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın muktikultural ölkə olmasını sübut edir.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

Rəvan Həsənov demokratiya və digər dəyişikliklər adı altında İslama qarşı ciddi mübarizə aparıldığını qeyd edib.

"Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir. Hesab edirəm ki, Avropa cəmiyyətləri islamofobiya ilə mübarizəni məhz təhsillə başlamalıdır. Hər bir fərdin hamıya hörmətlə yanaşmalı olduğu məsələsinə həssas olmalıdır.

Mən diqqəti Azərbaycanın dövlət siyasətinə çəkmək istəyirəm. Biz muktkulturalizm və tolerantlığı öz dövlət siyasətimizə çevirmişik. Eyni zamanda, bu strategiyanın cəmiyyətimizdə müsbət tərəflərinin şahidi oluruq", - o deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO