Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO
606364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

Bizim.Media xəbər verir ki, 10–12 aprel tarixlərində Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir.

Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
 

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.


Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.




Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO - foto 1
Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO - foto 2
Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO