ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO

Hazırda oxunan: ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO
595533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verdi.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.



ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 1
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 2
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 3
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 4
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 5
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 6
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 7
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 8
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO