Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Hazırda oxunan: Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO
580181
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.
 

Dövlət başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırlayıb, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğulayıb.


Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını deyib. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 1
Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 2
Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 3
Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 4
Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 5
Prezident Çin şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO