Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO

Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO

Hazırda oxunan: Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO
575582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulayıb, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirib. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu deyib, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulayıb.


Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO - foto 1
Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO - foto 2
Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO - foto 3
Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO - foto 4
Niderlandın yeni səfiri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO