İrandan ABŞ və Avropaya XƏBƏRDARLIQ – “Bu fürsət həmişəlik deyil”

İrandan ABŞ və Avropaya XƏBƏRDARLIQ – “Bu fürsət həmişəlik deyil”

Hazırda oxunan: İrandan ABŞ və Avropaya XƏBƏRDARLIQ – “Bu fürsət həmişəlik deyil”

51762

“İran İslam Respublikası danışıqlarla bağlı ciddi mövqe və xoş məram nümayiş etdirərək, hesab edir ki, müzakirələrin praktiki və hiss olunan nəticəsi sanksiyaların aradan qaldırılması olmalıdır”.

İranın Azərbaycandakı səfirliyi Bizim.Media-ya verdiyi məlumatda bildirib ki, bu fikirlər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə dair danışıqlarla bağlı məqaləsində yer alıb. 

Yazıda İranın xarici işlər naziri tərəfindən ABŞ və Avropaya xəbərdarlıq edilərək qeyd olunur ki, ABŞ-ın ambisiyaları ucbatından uğursuzluğa düçar olmuş altı raund intensiv məsələdən sonra biz hazırda Vyanada danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik:

"Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır. Bu sanksiyalar İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxan Birləşmiş Ştatlar tərəfindən birtərəfli və ekstraterritorial olaraq tətbiq edilib. Birləşmiş Ştatların 2018-ci ilin may ayının 8-də İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən birtərəfli qaydada çıxması beynəlxalq aləmdə qeyri-qanuni hərəkət kimi tanınaraq, pislənilib. ABŞ-ın bu cür qeyri-qanuni hərəkətlərinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam məhəl qoymaması və çoxtərəfliliyi sarsıtmaq, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükə yaratmaq məqsədi daşıdığına dair beynəlxalq konsensus mövcuddur”.

ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasına baxmayaraq, nəinki bütün qeyri-qanuni və birtərəfli sanksiyalar qüvvədə qaldı, hətta İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam etdi.


Aydındır ki, ABŞ-ın bu hərəkətlərindən məqsəd İranın, Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin digər üzvlərinin və beynəlxalq ictimaiyyətin bu sazişdə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan hüquq və imtiyazlardan yararlanmasının qarşısını almaqdır. Birgə Hərtərəfli Məqalədə qeyd olunub ki, Fəaliyyət Planı sazişini imzalayan üç Avropa ölkəsinin hökumətləri ABŞ-ın bu mövqeyini  qeyri-qanuni və qəbuledilməz hesab edib.

Lakin praktikada öz susqunluğu və hərəkətsizliyi ilə bu mövqeyi bir növ dəstəkləyiblər:

“ABŞ-ın dağıdıcı hərəkətləri və üç Avropa ölkəsinin bununla bağlı qəti mövqeyinin olmaması, əldə olunan razılaşmanı səmərəsiz və onun  İran üçün bütün iqtisadi faydalarını məhv edib. Bu, son bir neçə ilin acı reallıqlarıdır və gələcək üçün bir mayak olmalıdır. Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə və xoş məramına şübhə edə bilməz. ABŞ-ın əldə olunan sazişdən qeyri-qanuni olaraq çıxması  və sanksiyaların tətbiqindən sonra, İran yenə də xoş niyyət nümayiş etdirərək cavab tədbirləri görməkdən imtina etdi.

Lakin qeyri-konstruktiv vəziyyətin davam etməsi və bir illik strateji səbirdən sonra ABŞ-ın sanksiyalarının artması, üç Avropa ölkəsinin öz öhdəliklərinə əməl etməməsi səbəbindən İranın Birgə Hərtərəfli Fəaliyyət Planı sazişin 26-cı və 36- cı maddələrindən irəli gələn hüquqlarından istifadə edərək, 2019-cu ilin may ayının 8-dən etibarən öhdəliklərinin bir hissəsinin icrasını mərhələlərlə dayandırmaqdan başqa çarəsi qalmayıb.
 

İran İslam Şurası Məclisi 2020-ci ilin dekabr ayının 2-də "Sanksiyaların ləğvi və İran xalqının  maraqlarının qorunması Strateji Fəaliyyət Planı" qanununu təsdiqlədi.


Qanuna əsasən sazişi imzalayan tərəflər öz öhdəliklərinə əməl etmədikdə və bu öhdəlikləri tam yerinə yetirmədikləri  təqdirdə, hökümət saziş çərçivəsində İranın bütün könüllü öhdəliklərinin icrasına  mərhələli şəkildə son qoymalıdır”.

Vyana danışıqlarına gedən yol
 
Hüseyn Əmir Abdullahianın sözlərinə görə İran İslam Respublikası yenidən xoş məramlılıq nümayiş etdirərək, birtərəfli və qeyri-qanuni sanksiyaların aradan qaldırılması məqsədilə indi 4+1 ölkələri ilə “yaxşı razılığa” nail olmaq üçün nəticəyönümlü dialoqa hazırdır:
 

“Bu proses kontekstində biz heç vaxt unutmamalıyıq ki, mövcud vəziyyətin əsas səbəbkarı ABŞ-dır. Son 4 il ərzində Ağ Ev əldə olunan razılaşmaya son qoymaq üçün, səylərini əsirgəmədi.


İran İslam Respublikası belə bir şəraitdə Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin qorunması ilə bağlı lazımi qətiyyət göstərib. Əvvəlki altı raund danışıqlarda İrana bəlli olan odur ki, ABŞ hələ də bu faktı anlamır ki, əldə olunan sazişdən  çıxdıqdan sonrakı dövrdə İran xalqına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etmədən, sazişə yenidən qayıtmaq mümkün deyil. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi bütün üzv dövlətləri Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin icrasını dəstəkləmək üçün münasib addımlar atmağa çağırır. Qarşıdakı danışıqların əsas məqsədi İran İslam Respublikası ilə ticarət əlaqələrinin normallaşdırılması və sabit iqtisadi əməkdaşlıq məqsədi ilə sazişin tam, səmərəli həyata keçirilməsi olmalıdır.

Aydındır ki, sazişə qayıtmaq üçün İran bütün sanksiyaların ləğvindən tam yararlana bilməlidir. Sazişlə bağlı zəmanət veriləcəyi, dəymiş ziyanın nəzərdən keçiriləcəyi, sanksiyaların effektiv və yoxlanıla bilən şəkildə ləğvinin təmin edildiyi təqdirdə, İran kompensasiya tədbirlərini dayandırmağa hazırdır”.

Məqalədə o da bildirilir ki, keçmişin acı təcrübəsinin təkrarlanmayacağına və İranın iqtisadi tərəfdaşlarının sabit, heç bir narahatlıq olmadan İranla iqtisadi əlaqələrə girə biləcəyinə dair təminat verilmədikcə, ABŞ-ın sazişə mümkün qayıdışı İran üçün maraqlı olmayacaq:
 

“İran yaxşı razılaşma əldə etmək üçün danışıqlarda xoş məramla  iştirak edərək, sazişdən kənar tələbləri qəbul etməyəcək və kənar məsələlərlə bağlı danışıqlara girməyəcək. Bir daha demək istəyirəm ki, bu fürsət həmişəlik açıq qalacaq pəncərə deyil.  


ABŞ və üç Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. İran İslam Respublikası ABŞ-ın zalım sanksiyalarının aradan qaldırılması üçün mətin, güclü və fəal diplomatik səylərlə yanaşı, həm də ölkənin davamlı iqtisadi inkişaf proqramı ilə yanaşı sanksiyaların neytrallaşdırılması üçün təsirli plana malikdir. Şübhəsiz ki, Tehran sülhməramlı nüvə proqramına sadiq olduğu qədər, öz alimlərinin və dinc nüvə sənayesinin nailiyyətlərini qoruyub saxlamağa sadiqdir.

Qeyri-qanuni və qeyri-insani sanksiyalara baxmayaraq, ölkənin bütün sahələrdə  -sənaye, ticarət, naviqasiya, kosmos, müdafiə, elm və texnologiya, davamlı iqtisadi artım, eləcə də digər sahələrdə inkişafına nail olacaq .

Qərbin öhdəliklərini yerinə yetirməsi ilə bağlı səhlənkarlığına və Ağ Evin qeyri-konstruktiv yanaşma siyasətinə qarşı etimadsızlığına baxmayaraq, İran Vyana danışıqlarının yeni raundunda sanksiyaların ləğvi istiqamətində uzunmüddətli və effektiv razılığa nail olmaq üçün çalışacaq. Bu sahədə geniş danışıqlar təcrübəsinə malik olan Dr.Bağerini tam dəstəkləyirik və lazım gələrsə, bununla əlaqədar həmkarlarımla daha çox məsləhətləşmələri həyata keçirəcəyik”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO