“Ölkəyə 2 sistem zərər vurur: Biri səhiyyə, digəri isə...” - Etibar Əliyev

“Ölkəyə 2 sistem zərər vurur: Biri səhiyyə, digəri isə...” - Etibar Əliyev

Hazırda oxunan: “Ölkəyə 2 sistem zərər vurur: Biri səhiyyə, digəri isə...” - Etibar Əliyev
47322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz uşaqlara necə başa salaq ki, bir əminizin kontorunun o biri əminizin kontoruna borcu var, siz ona görə üşüyürsünüz”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı deputat Etibar Əliyev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq


O bildirib ki, Təhsil nazirliyinin "AzərİstilikTəchizat"a borcuna görə məktəblərə istilik verilmir.

Bundan başqa o, çıxışı zamanı qeyd edib ki, bu gün ölkəyə iki sistem zərər vurur.

“Bir təhsil, bir də səhiyyə sistemi. Bu gün məktəblərdə verilən bilik yetərli olmadığı üçün uşaqlar repetitorlara üz tuturlar. Hesablamalara görə, hər il repetitorlara 200 milyon manat vəsait xərclənir. Bunu aradan qaldırmaq üçün mütləq şəkildə təhsil sistemi gücləndirilməlidir”,- deyə o qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO