Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA

Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA

Hazırda oxunan: Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA
43571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin oktyabrın 28-nə aid olan xronikasını təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib: "Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur"

- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub.

- Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb.

- Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb.

- Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib.

- Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

- Bərdənin vurulma anının videogörüntüsü yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO