“Ağalı kəndindəki bu mərasim tarixdə qalacaq” – İlham Əliyev

Hazırda oxunan: “Ağalı kəndindəki bu mərasim tarixdə qalacaq” – İlham Əliyev

43372

“Bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti: “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur“


“Bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa, yenidənqurma işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq“, - deyə dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO