“Artıq bıçaq sümüyə dirənib…” – Aslan İsmayılovdan İranla bağlı PAYLAŞIM

Hazırda oxunan: “Artıq bıçaq sümüyə dirənib…” – Aslan İsmayılovdan İranla bağlı PAYLAŞIM

36071

Tanınmış hüquqşünas Aslan İsmayılov İranda sıxışdırılan azərbaycanlılarla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, hüquqşünas “Facebook”da İranın Ermənistanın yolu ilə getdiyinə diqqət çəkib:

"Bu mövzuya heç toxunmaq istəməzdim. Ancaq artıq bıçaq sümüyə dirənib. İran rejimi öz vətəndaşları olan azərbaycanlılara vaxtilə Ermənistanda azərbaycanlılara edilənləri təkrarlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Aslan İsmayılovdan Əli Həsənova CAVAB: “Öz etdiklərinin əvəzini almayınca…”


İndi də İran rejimi PKK kürdlərini azərbaycanlıların yaşadığı Sulduza köçürməklə süni konflikt ocağı yaradaraq azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq istəyir. İranı müdafiə edən vətəndaşlarımızdan xahiş edərdim ki, bu məsələyə də münasibət bildirsinlər”.

Hüquqşünas İranla qonşu, dost münasibətinin olmasının tərəfdarı olduğunu vurğulamaqla yanaşı, "Qonşu düşmənçilik edəndə susmaq da olmur” ifadəsinə də yer verib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO