ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında “Milyarderlər İttifaqının” üzvü Söyün Sadıqovun Azərbaycanla bağlı səsləndirdiyi bəyanatlara sərt qarşılıq verib. S.Sadıqovun özünü Azərbaycanın sahibi kimi apardığına diqqət çəkən S.Cəlaloğlu, onun Azərbaycan vətəndaşı olmadığına da toxunub:
“Söyün Sadıqov gündə bir dəfə Azərbaycanı təhqir edir. Belə çıxır ki, sanki o, Azərbaycanın, Azərbaycan xalqının sahibidir. Halbuki, o, Azərbaycan vətəndaşı deyil və onun Azərbaycana aidiyyatı yoxdur. Lakin o, özünü Azərbaycan dövlətinin, Azərbaycan xalqının rəhbəri kimi aparır. Bu, yolverilməzdir”.
Seymur Əliyev





































































































