Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO

Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO

Hazırda oxunan: Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO
236895
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrindən birini ziyarət edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə təntənəli qarşılanma mərasimi olub.
 

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxış keçirilib və hərbi qulluqçuların idman hazırlığı izlənilib.


Qonaqlar hərbi hissənin ərazisindəki qapalı atış şəhərciyi, əsgər yataqxanası, silah otağı, əşya anbarı, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya gələrək burada yaradılan şəraitlə tanış olublar.

Həmçinin hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.

Hərbi hissədə Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi nümayiş olunub.

Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib. Qvineya-Bisau nümayəndə heyətinə onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 1
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 2
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 3
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 4
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 5
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 6
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 7
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 8
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 9
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 10
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 11
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 12
Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub - FOTO - foto 13


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO