İsrail prezidenti: “Azərbaycanın İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm”

İsrail prezidenti: “Azərbaycanın İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm”

Hazırda oxunan: İsrail prezidenti: “Azərbaycanın İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm”
23514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Dövlətinin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. Bizim tərəfdaşlığımız Azərbaycan və yəhudi xalqlarının qardaşlıq tarixinə, eləcə də millətlərimizin dini tolerantlığı təşviq etmək, nifrəti və antisemitizmi bütün formalarda rədd etmək istiqamətində birgə səylərinə əsaslanır.

İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq.

Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm.

Sizə və Azərbaycan xalqına sülh, inkişaf, sabitlik və firavanlıq diləyir, dostluğumuzun hələ də bizim üçün qoruduğu parlaq gələcəyə ümid edirəm. Zati-aliləri, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO