Tereza Mey Milli Məclisdə - FOTO

Tereza Mey Milli Məclisdə - FOTO

Hazırda oxunan: Tereza Mey Milli Məclisdə - FOTO
220825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri Tereza Mey Milli Məclisdə olub. 

Bizim.Media xəbər verir ki, Tereza Mey spiker Sahibə Qafarova ilə görüşüb. 

Baronessa COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi konfrans bütün dünyanın diqqətindədir.
 

O xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə ev sahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Həmçinin Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb. 


S. Qafarova isə iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb. 

Tereza Mey Milli Məclisdə - FOTO - foto 1
Tereza Mey Milli Məclisdə - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO