Çin Komunist Partiyasının Mərkəzi Komitəsi 25 fevral tarixində keçirilmiş iclasında ölkə rəhbəri vəzifəsinə seçki ilə bağlı qanuna dəyişiklik haqqında qanunu qəbul edərək bunu ölkənin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələr Qurultayına tövsiyyə etdi. Qanuna görə ölkə rəhbəri olan sədr və müavini üçün iki dəfə seçilmə ilə bağlı məhdudiyyət ləğv edilir.
Mövcud qanuna görə bir şəxs iki dəfədən artıq ölkənin sədri və sədr müavini seçilə bilməz. Ölkə konstutusiyasına dəyişiklik etmək Qurultayın səlahiyyətindir və Qurultayda böyük ehtimalla bu qanunu dəyişdirəcək. Dövlət Başçısı olan sədrin hökmət üzvlərini və səfirləri vəzifəyə teyin etmək və vəzifədən azad etmək,qanunlar dərc etmək,fövqəladə vəziyyət rejimi tətbiq etmə kimi səlahiyyətləri var.
Əslində ölkədə ən güclü şəxs Komunist Partiyası Mərkəzi Komitəsinin baş katibi hesab olunur. Ordunun başında isə Hərbi Şuranın sədri durur. Ancaq məsələ bundadır ki, 1993-cü ildə hər üç vəzifəni ənənəvi olaraq eyni adam tutur. 2013-cü ildən bu vəzifəni 68 yaşlı Si Tszinpin tutur. O,2007-ci ildə Siyasi Büroya daxil olub, 2012-ci ildə baş katib, 2013-cü ildə digər iki önəmli vəzifəyə gətirilib. Onun müavini isə Lİ Yuançondur. Ancaq bu vəzifəyə dəyişiklik olacağı gözlənilir. Ehtimal ki, bu vəzifəni 69 yaşlı Van Tsişan tutacaq.
Tsişan ölkədə korrupsiyaya qarşı apardıgı savaşla tanınır. Anlaşılan budur ki, Çin dünyada nüfüz sahibi olmaq üçün əməlli fəalliyətə başlayıb. Çin hakim dairələri bunun üçün hər şeyə, hətta maoçuluğa dönməyə belə razıdılar. İstənilən dövlətin dünya miqyasında güclənməsi üçün ona həm də güclü və xarizmatik lider lazımdır. Misal kimi Putin və Ərdoğanı misal gösdərə bilərik. Hər iki lider yalniz öz ölkələrində əsas söz sahibi olduqdan sonra dünya lideri olmağı bacardılar. Axı çinlilərin Putini niyə də Tszipin olmasın?
Zənnimcə, bu qanun yalnız Tszipinin hakimiyyətini uzun ömürlü etmək üçün edilməyib. Çin dünyada əsas söz sahibi olmaq istəyir. Bunun üçün də mərkəzi hakimiyyəti daha da gücləndirməyə qərar veriblər. Çin yaxın gələcəkdə dünyada bir çox əsas məslələrdə, xüsusilə də Suriya münaqişəsində rolunu gücləndirməyi planlaşdırır. Koreyada isə əsas söz sahibinə çevrilməyə çalışacaq. Bu zaman isə o ABŞ və Rusiya ilə ziddiyətlər yaşayacaq. Təbii ki, Yaponiyayla da ziddiyətlər istisna deyil. Əgər Çin bu yolla irəliləmək istəyirsə onun üçün məqbul variantlardan biri də Türkiyə ilə əlaqələri gücləndirməkdir. Bu hər tərəf üçün xeyirlidir. Qısası,Tszipinin üzərini Çini dünya gücünə çevrilmk vəzifəsi qoyulub. Onun bu işi bacarıb bacarmayacağını isə zaman gösdərəcək.
Zeynal Əmrəliyev
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti






































































































