Zaqatala sakini Sərcahan Ramazanova deyir ki, 2023-cü ildən paytaxtda - İçərişəhərdə yanaşı yerləşən və eyni şirkətə məxsus olan bir neçə butik hoteldə supervayzer kimi fəaliyyət göstərir.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, iyulun 28-də ona şifahi şəkildə işdən azad olunduğu bildirilib.
Sərcahan Ramazanovanın iddiasına görə, tabeliyində olan təmizlikçi qadına karqo ilə gül göndərildiyinə görə, müdir əsəbiləşib onu işdən çıxarıb.
Sərcahan Ramazanova iddia edir ki, 4 il məzuniyyətə çıxmadan işləyib. Lakin işdən çıxarıldığına görə ona məzuniyyət günlərinin ödənişi və təzminat verilməyəcəyi bildirilib:
Hüquqşünas Şamil Paşayev deyir ki, əgər işçi işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etməyibsə və ona məzuniyyət pulu verilməyibsə, bu, qanun pozuntusudur.
Bizim.Media






































































































