Çavuşoğlu:  “ABŞ-dan konkret addımlar gözləyirik”

Çavuşoğlu: “ABŞ-dan konkret addımlar gözləyirik”

Hazırda oxunan: Çavuşoğlu: “ABŞ-dan konkret addımlar gözləyirik”

213260
Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.

“Hər iki tərəfin də gözləntiləri var. Biz FETÖ və ABŞ-ın YPG-yə dəstəyi mövzusunda fikirlərimizin ciddi qəbul edilməsini gözləyirik. Bu günə qədər verilən və yerinə yetirilən vədlər olub. Bundan sonra atılacaq addımları danışdıq. Biz artıq vədlər deyil, konkret addımlar gözləyirik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Onun sözlərinə görə, əlaqələri normallaşdırmaq və problemləri həll etmək üçün yeni mexanizmlər yaradılacaq.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO