İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO

İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO

Hazırda oxunan: İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO
212156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sonra Prezident İlham Əliyev “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak etdi.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldu.

Bildirildi ki, sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.

“Eel Electric” MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək.

Burada da işçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edib.


İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 1
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 2
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 3
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 4
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 5
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 6
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 7
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 8
İlham Əliyev Ağdam Sənaye Parkında daha bir AÇILIŞDA - FOTO - foto 9


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO