Nina Lutteryohan: “Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı dəstəkləyir” – ÖZƏL 

Nina Lutteryohan: “Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı dəstəkləyir” – ÖZƏL 

Hazırda oxunan: Nina Lutteryohan: “Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı dəstəkləyir” – ÖZƏL 
191222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan ilə Almaniya arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. Bu yaxınlarda biz cənab Əliyevin Almaniyaya səfərinin şahidi olduq”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Almaniyanın Münaqişə və Zorakılıq üzrə Sahələrarası Tədqiqat İnstitutunun tədqiqatçısı, politoloq Nina Lutteryohan deyib.

Lutteryohan hesab edir ki, Almaniya Fransadan fərqli olaraq haqlı tərəf olan Azərbaycanı dəstəkləyir və bu dəstəyini davam etdirəcək.

Almaniya-Azərbaycan münasibətlərində dinamikanın artmasının əsas səbəbi nədir? 

“Almaniya ilk növbədə iqlim məqsədlərini dəstəkləmək istəyir və Bakıda keçiriləcək COP29-un uğurlu olmasını istəyir. Bundan başqa, Azərbaycan Almaniya üçün mühüm geostrateji tərəfdaşdır və xüsusilə bu səbəbdən əlaqələri intensivləşdirməyə çalışır. 

Almaniya və Fransa bir neçə siyasi qərarla bağlı fərqli fikirlərə malikdirlər. Almaniya Fransanın etdiyi və dilə gətirdiyi kimi Ukraynaya qoşun göndərilməsini dəstəkləmədi. Fransa Qarabağla bağlı daha sərt kurs aparır. Məsələn, Ermənistanı daha çox dəstəkləməklə öz mövqeyini göstərir. Almaniya isə Azərbaycanı tərəfdaş hesab etdiyi üçün Bakıya dəstək verir”.
AŞPA-da almaniyalı deputatın Azərbaycan qarşı mövqeyinə də toxunan Lutteryohan, onun mövqeyinin Berlinin maraqlarına uyğun olmadığını deyib.

“Almaniya hökuməti nümayəndə heyətinin bəyanatını dəstəkləmir. Deyə bilərəm ki, bu, sadəcə həmin millət vəkilinin fikridir”, - deyə N. Lutteryohan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO