Bolqarıstan Prezidenti Azərbaycana GƏLİR 

Bolqarıstan Prezidenti Azərbaycana GƏLİR 

Hazırda oxunan: Bolqarıstan Prezidenti Azərbaycana GƏLİR 

190859

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək. 

Bizim.Media Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır. 

R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirməkdir. 

Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə energetika naziri vəzifəsini icra edən rəsmi şəxs, Milli Assambleyada Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri və biznes nümayəndələri daxildir. 
Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı həyat yoldaşı Desislava Radeva müşayiət edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO