Pakistanın MUSLİM İnstitutunun direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

Pakistanın MUSLİM İnstitutunun direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

Hazırda oxunan: Pakistanın MUSLİM İnstitutunun direktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

190470

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 4-də Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əli ilə görüşüb.

Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Ramin Məmmədov Azərbaycanla Pakistan arasındakı səmimi dostluq və qardaşlıq münasibətlərinə toxunaraq ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Komitə sədri Ulu Öndər Heydər Əliyevin dost ölkəyə səfəri ilə başlayan bu səmərəli əlaqələrin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildiyini, həm iki xalq arasında, həm də dövlətlər səviyyəsində biri-birinə dəstəyin yüksələn xətlə irəlilədiyini diqqətə çatdırıb.

Bütün sahələrdə olduğu kimi, dini sahədə də əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edən Sahibzadə Sultan Əhməd Əli bundan sonra da münasibətlərin möhkəmləndirilməsində birgə səylərin vacibliyini qeyd edib.

Səmimi keçən görüş müzakirələrlə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO