“İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda beynəlxalq ekspert, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bildirib.
Dövlət başçısı deyib:
“Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:53 / 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
Hazırda oxunan: İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
Hazırda oxunan: İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
188576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.