İlham Əliyev gələn həftə Almaniyaya GEDİR 

Hazırda oxunan: İlham Əliyev gələn həftə Almaniyaya GEDİR 

187964

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərinə səfəri gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib. 

Səfərin aprelin 26-da baş tutacağı bildirilir. Məlumata görə, gələn həftə Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. 

“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - deyə o qeyd edib.  
Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO