Türkiyəli nazir Bakıda keçiriləcək "COP-29"un əhəmiyyətindən DANIŞDI

Hazırda oxunan: Türkiyəli nazir Bakıda keçiriləcək "COP-29"un əhəmiyyətindən DANIŞDI

187801

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram".

Bizim.Media xəbər verir ki, bu fikri aprelin 17-də Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib. COP-29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən Türkiyəli nazır, bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: 

“Azərbaycanda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO