Vyetnam lideri: “Ölkənin inkişafında Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyirik”

Vyetnam lideri: “Ölkənin inkişafında Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyirik”

Hazırda oxunan: Vyetnam lideri: “Ölkənin inkişafında Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyirik”
177986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Vyetnam Sosialist Respublikasının dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Vyetnam Sizin rəhbərliyinizlə ölkənin quruculuq və inkişafı işində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyir və buna görə sevinir.

Tam əminəm ki, Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək, inkişaf edəcək və bu, iki xalqın istəklərinə və maraqlarına cavab verəcək.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə çoxlu qələbələr arzulayıram".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO