MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

Hazırda oxunan: MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

177664

Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.

Bizim.Media xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO