Prezidentliyə namizəd Fuad Əliyevin TƏBRİKİ

Prezidentliyə namizəd Fuad Əliyevin TƏBRİKİ

Hazırda oxunan: Prezidentliyə namizəd Fuad Əliyevin TƏBRİKİ

177128

“Suveren Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının, həmçinin ölkədə mövcud olan plüralizm, söz və fikir azadlığının yaratmış olduğu imkanlardan istifadə edək Fuad Ağası oğlu Əliyev ölkədə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürüb.Digər 16 namizəd kimi lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləndən dərhal sonra Fuad Əliyevin namizədliyi təsdiq edilib və imzalar toplanması üçün müvafiq imza vərəqələri namizədin səlahiyyətli nümayəndələrinə təqdim edilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının bəyanatında qeyd olunub.

Qeyd edilib ki, qısa zamanda təşkilatlanan komandamız öncə Seçki qərargahı təşkil etmiş və ölkə üzrə imzalar toplamağa başlamışdır. Heç bir təzyiq və maneə ilə qarşılaşmadan, tam sərbəst şəkildə imzalar toplanmış və aidiyyəti üzrə təhvil verilib.

Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahı namizədlik üçün imza verən şəxslər arasından və namizədin digər tərəfdarlarından öz müşahidəçilərini seçmiş və 6 min nəfərdən çox şəxs müşahidəçi kimi DSK-da qeydiyyatdan keçirilib. Aktiv təbliğat zamanı Bakının Xəzər, Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron, Ağsu, Astara, Beyləqan, Balakən rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, digər yaşayış massivlərində, kənd və qəsəbələrdə minlərlə seçici ilə Fuad Əliyevin birbaşa canlı görüşləri keçirilib. Bu görüşlərdə Fuad Əliyev təkcə öz platformasını seçicilərə çatdırmamış, onları maraqlandıran sualları cavablandırmış və problemlərini dinləyərək ictimailəşdirib. Televiziya, radio və qəzetlərdə namizədlər üçün müəyyən edilmiş pulsuz təşviqatdan lazımınca istifadə edilmiş və görüşdüyümüz əhalinin fərdi və kollektiv  problemləri aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılıb.

Seçki günü bütün ölkə ərazisində 6 mindən çox seçki məntəqəsində və 125 dairənin hər birində Prezidentliyə namizəd Fuad Əliyevin müşahidəçiləri seçkiləri izləmiş və gün ərzində bir neçə dəfə vəziyyətlə bağlı qərargahı məlumatlandırıb. İstər seçki öncəsi prosesdə, istərsə də səsvermə günü müşahidəçilər tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək neqativ hala rast gəlinməyib. 

Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Prezident seçkiləri dinc və sakit ab-havada keçib, seçkilərdə bütün namizədlər və müşahidəçilər üçün bərabər şərait yaradılıb, bütün seçki prosesi MSK tərəfindən qanunlara uyğun təşkil olunub.
Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərib. 

Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq. Prezidentliyə namizəd Fuad Əliyev üçün səsverməyə gəlmiş və öz səsini Fuad Əliyevə vermiş bütün seçicilərimizə öz dərin minnətdarlığımızı bildiririk.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO