"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri sərgilədilər".
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda belə deyib.
MÖVZU İLƏ BAĞLI:
''Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik'' - Prezident
“Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. ”,- deyə dövlət başçısı diqqətə çatdırıb.
O bildirib ordumuzun insani davranışına açıq sübut hərbçilərimizin Hadrutda qalmış yaşlılarla necə davranması olub:
"Onlar xəstəxanaya aparıldılar və orada müalicə edildilər. Sonra onları Qırmızı Xaç vasitəsi ilə Ermənistana qaytarmaq qərara alındı, lakin orada onları qəbul etməkdən imtina etdilər. Yaşlı insanlardan biri o qədər zəif idi ki, ermənilər onu qəbul etmək istəmirdilər. Ermənistanda bu davranışı qiymətləndirdilərmi? Deyərdim ki, xeyr”.
Bizim.Media