MDB PA-nın nümayəndə heyəti prezident seçkilərinə hazırlıq barədə məlumatlandırılıb - VİDEO

MDB PA-nın nümayəndə heyəti prezident seçkilərinə hazırlıq barədə məlumatlandırılıb - VİDEO

Hazırda oxunan: MDB PA-nın nümayəndə heyəti prezident seçkilərinə hazırlıq barədə məlumatlandırılıb - VİDEO

176709

Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov budəfəki seçkilərin, xüsusilə prezident seçkilərinin Azərbaycanın bütün ərazilərini əhatə etməsi ilə əlamətdar olduğunu deyib.

M.Pənahov qonaqlara seçicilərin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.

MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrinin olduğunu qeyd edib.

MDB PA-nın müşahidə missiyasının rəhbəri Jakip Asanov prezident seçkilərində Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində aparılacağına inandıqlarını deyib. Vurğulayıb ki, onlar Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı üçün layiqli namizədə səs verəcəklərinə əmindirlər.

O, seçkilərə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycanda olmaqdan, seçkiləri izləməkdən məmnunluğunu ifadə edərək ,fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO