Ruslan Şevçenko: “Aİ Ermənistanı Azərbaycanla yeni münaqişəyə sövq edir” – ÖZƏL 

Ruslan Şevçenko: “Aİ Ermənistanı Azərbaycanla yeni münaqişəyə sövq edir” – ÖZƏL 

Hazırda oxunan: Ruslan Şevçenko: “Aİ Ermənistanı Azərbaycanla yeni münaqişəyə sövq edir” – ÖZƏL 

174170

“Avropa İttifaqını təşkil edənlər, ilk növbədə, Qərbi Avropa ölkələrində (Almaniya, Hollandiya, Lüksemburq və başqaları, xüsusilə Fransa və Belçika) XIX əsrin sonu-XX əsrlərin əvvəllərində çoxsaylı və nüfuzlu erməni icması formalaşmağa başladı. Bu icma uzun müddətdir adı çəkilən ölkələrdə siyasi vəziyyətə təsir edir. Bəzi dövlətlərə, məsələn Fransa və Belçikaya icmadan o qədər güclü təzyiq olunur ki, həmin ölkələrdə nadir hallarda hansısa siyasətçi ermənilərə zidd mövqe ifadə edə bilir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib.

Avropa İttifaqı rəsmilərinin Azərbaycana qarşı qərəzli açıqlamalarının pərdəarxası məqamlarından danışan politoloq, erməni lobbisinin kirli pulları ilə ayaqda qalan bir qurumdan fərqli mövqe gözləməyin doğru olmadığını bildirib:

“Aİ Ermənistanı yeni münaqişəyə sövq edir”

“Aİ və Avropa Parlamentinin rəhbərliyi Belçika və Fransada yerləşir. Nəticədə Peter Stano kimi Aİ rəsmiləri yerli ermənilərin mövqeyini tam bölüşməsələr də, onunla razılaşmasalar da, onların arxasınca getməyə məcbur olurlar. Üstəlik, eyni səbəbdən açıq-aşkar anti-Azərbaycan mövqeyi sərgiləyən Avropa İttifaqı bəzən mahiyyət etibarı ilə qızışdırıcı mövqedən çıxış edərək, Azərbaycanın Ermənistana qarşı gözlənilən “təcavüz”ü iddialarını səsləndirir, Ermənistan rəhbərliyini Azərbaycanla yeni münaqişəyə sövq edir. 

Mahiyyətcə, bu gün Rusiya və ənənəvi olaraq ermənipərəst simpatiyaların güclü olduğu ABŞ-ın Demokratlar Partiyasının bir çox nümayəndələri Avropa Birliyinin bu mövqeyini dəstəkləyirlər. Bu dövlətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olur, Ermənistan-Azərbaycan münaqişəsinin “dondurulmasını” dəstəkləyirlər. Respublikaçı senator M.Rubio kimiləri də Azərbaycanı Cənubi Qafqazda hansısa “qeyri-sabitlik” təşkil etməkdə ittiham edirlər”, - deyə politoloq qeyd edib. 

Adları vasitəçidir, əslində isə...

Şevçenko bildirib ki, bugün Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi çıxış etmək istəyən bir çox ölkənin əsas məqsədi əslində Cənubi Qafqazda qeyri-sülhün olmasına hesablanıb:

“Bu gün həm Rusiya, həm də Avropa İttifaqı Azərbaycan və Ermənistana münaqişənin yekun həlli üçün platforma təklif edir. Lakin getdikcə aydın olur ki, nə Rusiya, nə də Avropa İttifaqı münaqişənin həqiqi həllinə həqiqətən ehtiyac duymur. 

Ermənistanın baş naziri Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiya Federasiyasının rolunu minimuma endirməyə çalışır. Eyni zamanda, Nikol Avropa İttifaqı və ABŞ-ı əsas vasitəçiyə çevirməyə çalışsa da, bu cəhdlər hələ də alınmır.
İndi Aİ və ABŞ Ermənistanı sistemli şəkildə Azərbaycanla yeni müharibəyə doğru sövq edir. Lakin harada və necə başlamasından asılı olmayaraq, baş verə biləcək toqquşmada Ermənistan mütləq məğlub olacaq. Bundan sonra isə həmin avropalı diplomatlar çıxıb deyəcəklər ki, “biz sizə demişdik”. Çünki müstəqil xarici siyasət imkanlarını məhdudlaşdırmaq onların əsas məqsədidir”, - deyə R.Şevçenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO