XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə MƏLUMATLANDIRIB

XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə MƏLUMATLANDIRIB

Hazırda oxunan: XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə MƏLUMATLANDIRIB
167976
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı Y.Rəfiyev Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Valid Əl-Xureyci ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbiatanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın hərtərəfli inkişafı yolları müzakirə edilib.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Beynəlxalq EXPO-2030 Sərgisinə və 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi üçün ölkəsinin namizdəliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Y.Rəfiyev Səudiyyə Ərəbistanının Humanitar Yardım və Qayğı Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində verilən dəstəyə görə səudiyyəli nazir müavininə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Y.Rəfiyev səudiyyəli həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər və Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb.

Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüş zamanı ortaq maraq kəsb edən bir sıra beynəlxalq və regional məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə MƏLUMATLANDIRIB - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO