BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO  

BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO  

Hazırda oxunan: BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO  
165362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə Fondun missiyası xanım Anna Bordonun rəhbərliyi altında ölkəmizdə səfərdə olub. 

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər zamanı BVF-nin missiyası Maliyyə, İqtisadiyyat nazirliklərində və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda, Mərkəzi Bankda, habelə özəl sektorda görüşlər keçirib, Azərbaycan iqtisadiyatının hazırki vəziyyəti və inkişaf dinamikası, həmçinin iqlim dəyişiklikləri məsələləri ətrafında müzakirələr aparıb. 

Görüşlərdə əsasən cari ilin ötən dövründə iqtisadi artım və makroiqtisadi vəziyyət, maliyyə-bank və büdcə sahələrinə aid olan məsələlər, həyata keçirilən islahatlar, ilin sonuna, gələn ilə və növbəti ortamüddətli dövrə olan iqtisadi gözləntilər müzakirə edilib. 

IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələrin sonuncu mərhələsinə Fondun Strategiya Departamentinin direktor müavini Zeyn Zidan və Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupu üzrə İsveçrəni təmsil edən icraçı direktor Marsel Piter də qatılıb. 
Səfər çərçivəsində noyabrın 17-də icraçı direktor M.Piter Şuşa və Ağdam şəhərlərində olub. Qonaq səfər zamanı Şuşa şəhərinə və işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərinə baxış keçirib, eyni zamanda, işğaldan azad edildikdən sonra Böyük Qayıdış proqramına əsasən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələrlə tanış olub. 

BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO   - foto 1
BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO   - foto 2
BVF-nin missiyası Şuşa və Ağdamda – FOTO   - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO