Gürcüstan “3+3” formatında görüşdən niyə imtina etdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 

Gürcüstan “3+3” formatında görüşdən niyə imtina etdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 

Hazırda oxunan: Gürcüstan “3+3” formatında görüşdən niyə imtina etdi? – Gia Xuxaşvilidən AÇIQLAMA 
161077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün “3+3” formatında Tehranda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Region üçün həyati əhəmiyyət kəsb edən bu layihəyə Gürcüstan nədənsə o qədər də maraq göstərmir. Rəsmi Tiflis daha çox Azərbaycan-Gürcüstan-Türkiyə formatına üstünlük verir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, bu məsələdə Gürcüstan üçün başlıca problem Rusiyadır:
 

MÖVZU İLƏ BAĞLI:

Gia Xuxaşvili: “Azərbaycan separatizm probleminin həllində Gürcüstana kömək edə bilər” – ÖZƏL 


“Gürcüstan ərazisini işğal etmiş ölkə ilə hansısa regional inteqrasiya formatında iştirak etmək, ən azı, ölkənin bütövlüyü problemi həll olunmayana qədər qəbuledilməzdir.

Digər tərəfdən, Rusiyanın maraqlarını bu layihədə izah etmək mümkün olsa da, İranın layihədə hansı məqsədlər güdə biləcəyi bizə bəlli deyil. Ona görə də bizim üçün ən optimal variant Azərbaycan və Türkiyəyə ilə əməkdaşlıqdır. Çünki biz vahid, bölünməz geosiyasi zəncir təşkil edirik və əməkdaşlığımız qarşılıqlı faydalı və perspektivlidir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO