Qaribaşvili: “Qardaşlığın möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür”

Qaribaşvili: “Qardaşlığın möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür”

Hazırda oxunan: Qaribaşvili: “Qardaşlığın möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür”
158903
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim üçün çox önəmli dost dövlətdir. Bizi çoxəsrlik mehriban qonşuluq və dostluq münasibətləri bağlayır.

Xalqlarımız arasında bu dostluq davam edir və bu dostluğun, qardaşlığın möhkəmlənməsində cənab İlham Əliyevin əməyi çox böyükdür”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını uğurla davam etdirir.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin təməlinin dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Baş nazir deyib:

“Əfsanəvi şəxsiyyət Heydər Əliyevin ümumilikdə Gürcüstan-Azərbaycan münasibətlərində xidmətlərini bir daha qeyd etmək istərdim. Bu əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür.

Dahi şəxsiyyət dostluğumuzun çox möhkəm təməlini qoydu. Biz bu yaxınlarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə olduq və fürsətdən istifadə edərək, bir daha cənab İlham Əliyevi və bütün Azərbaycanı dünya şöhrətli siyasi xadim olan atanızın 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO