Əsgərləri tərəfindən alçaldıldı, qadın düşkünlüyü GÜNDƏM OLDU – General Kulakov KİMDİR?

Əsgərləri tərəfindən alçaldıldı, qadın düşkünlüyü GÜNDƏM OLDU – General Kulakov KİMDİR?

Hazırda oxunan: Əsgərləri tərəfindən alçaldıldı, qadın düşkünlüyü GÜNDƏM OLDU – General Kulakov KİMDİR?

152643

Rusiyayönlü erməni bloger Mika Badalyan iddia edib ki, Qarabağda rus sülhməramlılarının yeni komandiri general-mayor Kulakov Kirill Denisoviç təyin olunacaq.

Qeyd edək ki, bir az öncə adı çəkilən bloger sülhməramlıların hazırkı komandiri Aleksandr Lentsovun Qarabağdan getdiyini açıqlayıb. Ancaq məlumat hələlik rəsmi Moskva tərəfindən təsdiq edilməyib.

Görəsən, general-mayor Kulakov kimdir?

Kulakov 1969-cu ilin iyulun 20-də anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundabn sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sülhməramlıların komandiri Kulakov Kirill Denisoviç təyin olunacaq?


1995-2014-cü illərdə isə ali təhsil aldığı məktəbdə müəllim işləyib. 

2014-2017-ci illərdə, Orenburq kazak briqadasının Çelyabinski vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. Qərb mətbuatının yazdığına görə, 2016-cı ildə Çebarkul tankçıları Suriyada həyata keçirilən hərbi kampaniyada iştirak ediblər. Elə həmin 2016-cı ildə Kulakov general-mayor rütbəsinə layiq görülüb. 

2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Fəaliyyəti dövründə “Rəşadətli əməyə görə” (2009), Tatarıstan Respublikası Prezidentinin təşəkkürü (2013), “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordenlərilə təltif edilib (2019). 

Qarabağa sülhməramlıların rəhbəri kimi gəlməsi gözlənilən Kulakovun qadınlara düşkün münasibətilə seçildiyi də iddia olunur.

Məlumatlara görə, generalın ata və anası əslən Ukraynadandırlar. 

Kulakov haqqında ötən ilin noyabrında Qərb mətbuatında da xoşagəlməz xəbərlər yayılıb. 53 yaşlı general-mayor Kazandakı təlim bazasında əsgərlərin etiraz aksiyası zamanı açıq şəkildə təhqir olunub. Əsgərlər onun ünvanına “buradan get, “ar olsun sənə” kimi şüarlar səsləndiriblər. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO